NATO baş katibi gözlənilmədən Kiyevə gəldi- Zelenski ilə görüşdü... - FOTO

16:51 22.08.2025 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Ukrayna prezidenti Vladimir Zelenski avqustun 22-də Kiyevdə NATO-nun baş katibi Mark Rutte ilə görüşüb.

Hafta.az xəbər verir ki, bu barədə “European Pravda” məlumat yayıb.

Görüşdən sonra Rutte və Zelenski, xüsusən də "Suspilne" kanalı tərəfindən yayımlanan birgə mətbuat konfransı verdilər.

NATO baş katibinin Ukrayna paytaxtına səfəri ilə bağlı əvvəlcədən heç bir açıqlama verilməyib.

Ruttenin Kiyevə gəlişi Ukrayna prezidenti Rutte və bir sıra Avropa liderlərinin avqustun 18-də Vaşinqtona birgə səfərindən sonra baş verib.