Yazını böyüt
Yazını kiçilt
Oktyabrda Brüsseldə keçirilən qapalı iclasda bir sıra NATO ölkələri, o cümlədən Yunanıstan Ukraynanın alyansa qoşulmaq üçün müraciətini dəstəkləyib, Hafta.az “Politico” qəzetinə istinadən xəbər verir.
ABŞ-ın müdafiə naziri Lloyd Ostin Ukraynanın NATO-ya üzv olmaq istəyini etiraf edib, lakin “qısa müddətdə heç bir həll yolu” görmədiyini qeyd edib.
Digər NATO nümayəndələri, xüsusən də Polşa və Yunanıstan Ukraynanın təklifini dəstəklədiklərini bildiriblər.
Sentyabrda Ukrayna prezidenti Vladimir Zelenski Ukraynanın NATO-ya sürətləndirilmiş şəkildə üzv olmaq üçün müraciət etdiyini bildirib.