Rusiya prezidenti Vladimir Putinin Valday Beynəlxalq Diskussiya Klubunun iclasındakı çıxışında Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsinə yönəlik fikirləri hazırki reallıqla birmənalı qarşılanmır. Rusiya Zəngəzur dəhlizinin açılmasında maraqlı olduğunu gizlətmir.
Bu istiqamətdə hafta.az-a danışan politoloq Məhəmməd Əsədullazadə hesab edir ki, Putin Valdayda 11 yanvar və 10 noyabr razılaşmalarının yerinə yetirilməsi aspektində mesajlar verdi.
“Putin bu çıxışında xüsusən 11 yanvar razılaşmalarını önə çəkir. Orada kommunikasiyaların açılmasını özündə ehtiva edən müəyyən məqamlar var. Nəqliyyat kommunikasiyaların açılması, Zəngəzur dəhlizi ilə bağlı verilən müəyyən mesajlar Rusiyanın vasitəçi olaraq üzərinə götürdüyü öhdəliklə bağldır. Məhz 11 yanvar -10 noyabr razılaşmasında Naxçıvana gedən yolun təhlükəsizliyini Rusiya Federal Təhlükəsizlik Xidmti mühafizə edəcək. Bu da dəhliz deməkdir”.
Politoloq bildirib ki, təbii olaraq Rusiya burada öz maraqlarını güdür və çalışır ki, Azərbaycandan müəyyən güzəştlər qoparsın.
“Rusiya istəyir ki, Azərbaycanı Avrasiya İttifaqına üzv etsin. Rusiya bu məsələlərə öz maraqları kontekstində impuls verir. Və Azərbaycanla Türkiyəyə təzyiq edir ki, kommunikasiyalar açılmalıdır. Görünür Rusiya-Azərbaycan arasında danışıqlar davam etdirilir. Hər halda Rusiya da Zəngəzur dəhlizi xəttinin açılmasını gündəmə gətirməyə başlayıb”-deyə, M.Əsədullazadə bildirib.