Nəbatat Bağında ağacların sayının azaldılması ilə bağlı məlumatlar yalandır

21:23 24.01.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən Mərkəzi Nəbatat Bağı ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayılıb.

Bakı Şəhər İcra Hakimiyyətindən hafta.az-a bildirilib ki, ağacların sayının azaldılması ilə bağlı yayılan məlumatlar da həqiqəti əks etdirmir, əksinə, orada mövcud olan yaşıllığın qorunub saxlanılması ilə yanaşı, dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq ərazidə sökülən çoxsaylı qanunsuz tikintilərin yerində yeni ağacların əkilməsi nəzərdə tutulub. Yeni qurulacaq bağa dair yayılan şəkillər isə ayrı-ayrı müəlliflər tərəfindən ilkin olaraq təqdim edilən və təsdiqlənməyən bir çox layihələrdən biridir.

Oxunma sayı 100