Neft yenidən bahalaşıb

10:10 24.06.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dünya bazarında neft yenidən bahalaşıb.

 

Hafta.az xəbər verir ki, ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2022-ci ilin avqust müqaviləsinin dəyəri 0,25% artaraq 1 barelə görə, 110,32 dollar təşkil edib.

 

Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin avqustunda ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,49% artaraq 104,78 dollar təşkil edib.

Oxunma sayı 154