Yazını böyüt
Yazını kiçilt
Neftçala şəhər sakini Seymur Səmədovun idarə etdiyi “İj” markalı motosikletlə Bankə qəsəbə sakini O.Mədətovun idarə etdiyi “Ford” markalı avtomobil şəhər ərazisində toqquşub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a bildiriblər ki, nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən S.Səmədovun həyatını xilas etmək mümkün olmayıb. Onun sərnişini olan qardaşının vəziyyəti qənaətbəxşdir.
Faktla bağlı Neftçala Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.