Nəriman Axundzadə yığmanın heyətindən çıxarıldı

11:58 07.09.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib.

Hafta.az AFFA-nın rəsmi saytına istinadəb xəbər verir ki, futbolçu Nəriman Axundzadə zədə səbəbindən heyətdən çıxarılıb.

Qeyd edək ki, komanda DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində sentyabrın 9-da, Tofiq Bəhramov adına Respublika Stadionunda Ukrayna yığması ilə qarşılaşacaq.