Nərimanovda yataqxana binasında YANĞIN

19:04 25.08.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Nərimanovda yanğın hadisəsi qeydə alınıb.

Hafta.az Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, Bakı şəhərinin Nərimanov rayonunda beşmərtəbəli yataqxana binasının 1-ci mərtəbəsində ümumi sahəsi 18 m² olan 1 otaqlı mənzildə ev əşyaları 5 m² sahədə yanıb.

Yanğın zamanı 3 nəfər tüstüdən zəhərlənib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.