İsrailin dindar partiyalarından olan Yahadut HaTorah (Birləşmiş Tövrat Yəhudiliyi) Partiyası dini məktəb tələbələrini hərbi xidmətdən azad edən qanun layihəsinin hazırlanmaması ilə bağlı uzun müddətdir davam edən mübahisəyə görə baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi hakim koalisiyadan çıxdığını elan edib.
Hafta.az-ın yazdığına görə, Yahadut HaTorah Partiyasının qalan yeddi üzvündən altısı, o cümlədən Degel HaTorah və Agudat Yisrael fraksiyalarının üzvləri istefa ərizələri təqdim edib. Yahadut HaTorah Partiyasının sədri İsaak Qoldknopf bir ay əvvəl istefa verib. Bundan sonra, Netanyahunu İsrail parlamenti olan 120 yerlik Knessetdə cüzi səs çoxluğuna malik blokunu ciddi sarsıdıb və üzvlərin sayı 61-ə düşüb. Başqa bir dini partiya olan Şaş Partiyasının da eyni addımı atıb-atmayacağı bəlli deyil. Degel HaTorah qrupu verdiyi bəyanatda Knesset üzvlərinin baş ravvinləri ilə məsləhətləşdikdən və hökumətin dini təhsillərini davam etdirən yəhudi dini məktəb tələbələrinin vəziyyətini qorumaq öhdəliyini dəfələrlə pozmasından sonra koalisiya və hökumətdən istefa verdiklərini açıqlayıb.
Dini partiyalar bildirirlər ki, dini məktəb tələbələrini hərbi xidmətdən azad edən qanun layihəsinin hazırlanması onların 2022-ci ilin sonunda koalisiyaya qoşularkən onlara verilən əsas vəd olub.