Nigeriyada qadınları hamilə qoyduğu və qaçırdıqları körpələri onlara verdiyi iddia edilən “müalicə” aparan qeyri-qanuni klinikalar aşkarlanıb. Qadınlardan biri deyir ki, uşağı 15 ay bətnində daşıyıb.
Hafta.az-ın yazdığına görə, dünyada doğumun ən yüksək olduğu ölkələrdən olan Nigeriyada uşaq sahibi olmaq istəməyən və ya ola bilməyən qadınlar böyük sosial təzyiqlə üzləşirlər. Onlar qeyri-ənənəvi üsullara müraciət edə bilsələr də, “BBC Africa”dan Eye vəziyyətdən istifadə edərək fırıldaqçı bir qurumun üstünü açıb.
Anambra əyalətindəki klinikalar müştərilərinə bahalı “dərmanlar” verməklə hamilə qalacaqlarını bildirirlər.
BBC-nin məlumatına görə, 350 min naira (354 manat) dəyərində dərman istifadə edən bəzi qadınlar qarınlarının şişdiyini bildirirlər. Ancaq heç bir test və ya yoxlama hamiləliyi təsdiqləmir və klinikalar körpənin ana bətnindən kənarda böyüdüyünü göstərir. Doğuş vaxtı gələndə qadınlara “nadir və bahalı” dərman verilir. Bəziləri yuxudan oyandıqlarını deyirlər ki, qarınlarında cərrahi çapıq kimi görünən bir şey tapıblar, bəziləri isə doğum etdiklərini düşündükləri hallüsinasiyaya bənzər bir səhnəni xatırlayır.
BBC-nin təhlükəsizlik səbəbi ilə əsl adını açıqlamadığı Çioma uşağını qucağında necə saxladığını xatırlamır, ancaq "ağrılı" doğuş keçirdiyini iddia edir. Çioma həmçinin körpəni 15 ay daşıdığını iddia edir.
“BBC Africa” Eye qrupundan iki nəfər uşaq sahibi ola bilmədiklərini deyərək prosesi yaxından izləmək üçün klinikaya müraciət ediblər. Dr. Rut adından istifadə edən şəxs ilk dərmanları verib və cütlüyə nə vaxt cinsi əlaqədə olacaqlarını bildirib. O, həmçinin “körpənin cinsini təyin edə bilən” başqa bir bahalı dərman məsləhət görüb.
Təklifi rədd edən jurnalistlər onlara deyilənləri etməyərək bir müddət sonra obyektə qayıdıblar. Ultrasəsəbənzər cihazı müxbirin qarnının üzərində hərəkət etdirdikdən sonra ürək döyüntüsünə bənzər bir səs eşidilib və Dr. Rut onu təbrik edib.
BBC-nin məlumatına görə, doğum üçün 1,5-2 milyon naira (təxminən 1965 manat) civarında pul istənilib...
Bununla belə, Facebook qruplarında qadınları bu “möcüzəvi” hamiləlikləri təmin edən müalicələrə inandırmaq məqsədilə gizli hamiləliklə bağlı dezinformasiyalar yayılır.
Ananın həyatının təhlükədə olduğu hallar istisna olmaqla, abortun qadağan edildiyi Nigeriyada fırıldaqçılar çıxılmaz vəziyyətdə olan qadınlara “əl uzadırlar”.
Anambra əyalətinin səhiyyə orqanları tərəfindən fevral ayında bu müəssisələrdən birinə edilən reyd zamanı hamilə qadınların saxlandığı bölmə aşkarlanıb. Onların çoxu gənc, bəzilərinin isə 17 yaşı olub. Onların bir çoxu körpələrinin satılacağını bilmədən ora gəliblər, digərləri isə başqa çarələrinin olmadığını hiss etdikləri üçün körpəni satmağa razılaşıblar. Qadınlardan biri deyir ki, ona 800 min naira (785 manat) təklif olunub.
Anambranın Qadınlar və Sosial Rifah üzrə Müvəkkili İfi Obinabonun rəhbərlik etdiyi əməliyyatla klinikaları bağlamağa cəhd edilir. Lakin Obinabo deyir ki, sonsuzluğa və övladlığa götürməyə sosial münasibət dəyişməsə belə fırıldaqlar davam edəcək.