Nişanlısını tikə-tikə doğrayıb - ÜRƏYİNİ DONDURUCUDA SAXLADI - DƏHŞƏTLİ QƏTL - TƏFƏRRÜAT

11:41 15.07.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Hər gün rus bombalarının yağdığı müharibə məngənəsindəki Ukrayna bu dəfə dəhşətli cinayətlə sarsılıb. Evlilik proqramında iştirak edən hüquqşünasın etdikləri qan dondurub.

Hafta.az xəbər verir ki, 37 yaşlı "qəssab kürəkən" Petr Begun ölkəsində televiziyada yayımlanan evlilik proqramına qatılmışdı. 2019-cu ildə ekrana gələn televiziya proqramında 'motivasiya məşqçisi' olduğunu və müsabiqəyə "potensial ər" kimi qatıldığını söyləyib.

Petr Begun evlilik proqramına qatılanda özü haqqında belə danışdı:

Mən şən, mehriban, xoşbəxt, aktiv, çevik, yaradıcı, yumoristik optimistəm. Düşünməyə və yaratmağa çalışıram, tez öyrənirəm, idman edirəm və sağlam həyat tərzi keçirməyə çalışıram.
Özünü tərifləməkdən doya bilməyən Ani də özünü “əla” adlandırıb və bu ifadələri işlədib:

Mən mükəmməl insan olduğumu düşünürəm. Sevgilim üçün unudulmaz romantik anlar yarada bilən etibarlı və diqqətli insan. Mən hüquq firmasına sahibim. Komandamız mülki, cinayət işləri, məişət ailə məsələləri ilə məşğul olur. Mən özümü təkmilləşdirməkdə maraqlıyam.

Gəlini parçalayaraq ürəyini və cinsi orqanını dondurucuda saxlamaqda günahlandırılan bəy Ukraynada polis qruplarının keçirdiyi basqında yaxalanıb. Vəkil Petr Bequn əvvəlcə 39 yaşlı Olha Davydenkonu boğaraq öldürüb, sonra onun cəsədini parçalara ayırıb və bəzi hissələrini məhv edib. Özünü “potensial ər” adlandıran kişinin qurbanı bu ilin əvvəlində tanış olduğu qadın olub.

Rayon polis rəisi Andrey Nebytov jurnalistlərə deyib ki, “şübhəli şəxs sevgilisinin ürəyini çıxarıbrıb, böyrəklərini və cinsi orqanını kəsib”. Bir neçə gün ərzində yaramaz digər qalıqlarını zibilliklərə atıb və bəzən velosipedi ilə evdən “şübhəli bağlamaları” çıxararkən görülüb.

Qurbanın çanaq sümüyü və onurğasının bir hissəsi gölməçəyə atılan çamadanda tapılıb. Onun kəsilmiş əlləri və ayaqları başqa bir zibil torbasındadır.

Polis rəisi Nebytovun ifadəsinə görə, qurbanın kimliyi əvvəlcə paltarından, sonra isə barmaq izlərindən müəyyən edilib. Hesabatda deyilir ki, onun qətli “ölümcül məhəbbət, sinizm və Kiyev bölgəsində cinayətin izlərini gizlətmək üçün çıxılmaz cəhdin dəhşətli nağılı”dır.

Cütlük fevralın 24-də Rusiya işğalı başlamazdan əvvəl birlikdə idi. Onun xəbəri olmadan, qurban görüşdükdən bir həftə sonra qatilinin yanına köçüb və "xoşbəxt" olub. 37 yaşlı Petr Bequn Ukrayna Dövlət Prokurorluğunda cinayət işi üzrə müstəntiq işləyirdi. Sözügedən cinayət zamanı o, vəkil işləyirdi.

O, həm qanunsuz döyüş sursatı saxlamaqda, həm də kənddəki evində tapılanlara görə qətl törətməkdə ittiham olunur. Dəhşətli qətllə bağlı Kiyev rayon polisi belə açıqlama verib:

Kişi izah edib ki, onunla qadın arasında mübahisə düşüb və buna görə də onu boğub. Cinayətin izlərini gizlətmək üçün o, meyiti parçalara ayırıb və qalıqlarını gizlətməyə çalışıb.