“Niva” sürən qadın anasını vurub öldürdü

14:16 20.03.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Balakən rayonunda maşınla vurulan qadın vəfat edib.  

Oxu.Az-ın məlumatına görə, hadisə bir neçə gün əvvəl olub. 

Belə ki, Balakən rayonunun Talalar kənd sakini Aygün Qarayeva yaşadığı evin həyətində “Niva” markalı avtomobili idarə etdiyi zaman ehtiyatsızlıqdan anası, 1964-cü il təvəllüdlü Məlahət Qarayevanı vurub. 

Onun vəziyyəti ağır olduğundan Respublika Klinik Xəstəxanasına göndərilib və bir neçə gündən sonra orada vəfat edib.