Yazını böyüt
Yazını kiçilt
Rusiya əsilli Aleksey Yekimovun digər iki alimlə birlikdə kimya üzrə Nobel mükafatına layiq görülməsinin əks-sədası bu il də davam edir. Rusiya mətbuatı yazır ki, Leninqrad Dövlət Universitetinin məzunu olan Yekimov 1999-cu ildə Rusiyanı tərk edib.
Hafta.az-ın “Moskovskiy komsomolets” qəzetinə istinadən yazdığına görə, Yekimovun Sovet İttifaqından olan doktorluq müşaviri, Elmlər Akademiyasının üzvü Yevgeni Aleksandrovdan Nobel mükafatlı alimin Rusiyanı niyə tərk etdiyini soruşub. Aleksandrov bildirib ki, Yekimovun o vaxt çalışdığı Dövlət Optika İnstitutu elmi tədqiqatlar üçün demək olar ki, heç bir maliyyə vəsaiti tapa bilmədi və bu səbəbdən o, təklifi dəyərləndirərək 1999-cu ildə ABŞ-a köçdü.