Nobel sülh mükafatı sahibini tapdı

13:40 11.10.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Norveçdə 2019-cu il "Nobel həftəsi" çərçivəsində sülh mükafatı təqdim olunub.

Hafta.az xəbər verir ki, mükafatı Efiopiyanın Baş naziri Abiy Əhməd əldə edib.

O, Efiopiya-Eritreya münaqişəsində sülh naminə fəaliyyətlərinə görə bu mükafata layiq görülüb.

Qeyd edək ki, oktyabrın 14-də son olaraq iqtisadiyyat üzrə Nobel mükafatı təqdim olunacaq.