Oğluna tüfənglə atəş açan Quba rayon sakini saxlanılıb

16:24 15.01.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yanvarın 14-də Şabran rayonunun Pirəmsən kəndində Quba rayon sakini, əvvəllər məhkum olunmuş T.Məmmədovun sərxoş halda ailə-məişət münaqişəsi zəminində oğlu Ürfana tüfəngdən atəş açması barədə rayon polis şöbəsinə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a bildiriblər ki, baş nahiyəsindən xəsarət almış Ürfana xəstəxanada ilkin tibbi yardım göstərilib.

Polis əməkdaşları tərəfindən hadisə yerinə baxış zamanı oradan “İJ-16” markalı ov tüfəngi götürülüb.

Görülmüş tədbirlər nəticəsində T.Məmmədov saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.