Ölkədaxili sərnişindaşıma bu gündən bərpa olunur

09:50 31.05.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gündən ölkənin şəhər və rayonlarından yerüstü və hava nəqliyyatı ilə sərnişin daşımaları bərpa edilir.

Hafta.az xəbər verir ki, Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarına əsasən, 2021-ci il 31 may saat 06:00-dan ölkənin şəhər və rayonlarından yerüstü və hava nəqliyyatı ilə sərnişin daşımaları bərpa olunacaq.