Ölkənin taleyini Ümummilli Lider Heydər Əliyev xilas etdi - Azər Badamov

13:46 15.06.2024 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Müasir müstəqil Azərbaycan dövləti iki əsas üzərində inkişaf edir. Birincisi, əsas sovetlərin dağılması ilə yenidən müstəqilliyə qovuşmağımız olmuşdursa, ikinci əsas isə Milli Qurtuluş günümüzdür. Ulu Öndər Heydər Əliyevin “Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir” müdrik kəlamın nə qədər dəqiq olduğunu tarix sübut edib”.

Hafta.az xəbər verir ki, bunu deputat Azər Badamov bildirib.
Deputat qeyd edib ki, 1918-ci ildə yaradılmış AXC cəmi 23 ay yaşadı və Cümhuriyyət qurucuları o vaxtı çətinliklə qazandığı dövlət müstəqilliyini qoruyub saxlaya bilmədilər. İkinci dəfə müstəqilliyə qovuşmağımız isə tarixi bir prosesin məntiqi nəticəsi idi.

“Amma bu nailiyyəti qoruyub saxlamaq və inkişaf etdirmək üçün çox çətin bir keçid dövrünü yaşamalı olduq. Çünki, Azərbaycan həmişə xarici düşmənlərin marağında olan bir məkan olub. O cümlədən ölkə daxilində gedən çəkişmələr və hakimiyyətsizlik xarici düşmənlərimizin çirkin niyyətlərinin reallaşmasına yol açırdı. Məhz belə bir çətin dövrdə xalqın və ölkənin taleyini Ümummilli Lider Heydər Əliyev xilas etdi. Bu baxımdan 15 iyun Milli Qurtuluş Günü müasir Azərbaycan tarixinin qızıl hərflərlə yazılan şanlı səhifəsidir. Məhz Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan dövlətinin gələcək taleyinə əbədi olaraq müstəqil olmasına işıq yandırdı. Ümummilli Lider Heydər Əliyev dövlətə rəhbərlikdə böyük təcrübəyə malik, xalqın inandığı , möhkəm iradəli və qətiyyətli qərarlar qəbul edə bilən böyük şəxsiyyət idi. Məhz onun hakimiyyətə qayıdışı xalqımızın özünü müstəqil ölkənin vətəndaşları olduğunu hiss etməyinə yol açdı. Əgər Milli Qurtuluşumuz olmasaydı bu gün fərqli bir Azərbaycan olardı. O fərqli Azərbaycanın necə ola biləcəyini təsəvvür edəndə bizi vahimə bürüyür. Çünki xaosun bataqlığında batan bir respublika torpaqlarını itirir və suveren ərazilərinin parçalanmasına yaxınlaşmışdı. Ölkənin vətəndaş müharibəsi ərəfəsinə gəlməsi düşmənlərimizin uzun illər arzusu idi. Məhz Ümummilli Lider Heydər Əliyevin qayıdışı düşmənlərimizin arzularını ürəklərində qoydu və bu gün hər birimizin fəxr edib qürur duyduğumuz qalib və inkişaf etmiş müstəqil Azərbaycanın meydana gəlməsini şərtləndirdi. Bəli, yaşadığımız qısa tarixi Ulu öndərin nə qədər böyük olduğunu bizə tanıtdırdı. Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildi. Belə ki, Ulu öndərin reallaşdıra bilmədiyi arzularını Prezident İlham Əliyevin rəhbərliyi altında xalqımız həyata keçirdi. Bu, Azərbaycanın suverenliyinin təmini və keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qaytarılması idi. Bu gün Azərbaycan nəinki, özünün tarixi missiyasını yerinə yetirdi, həm də dünyada ulduz kimi parlayır. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan bu gün dünya nizamının formalaşmasında rolu olan ölkəyə çevrilib. Bu gün müstəqil Azərbaycan Respublikasının parıldadığını görən Ümummilli Liderin ruhu şaddır”.

Oxunma sayı 96
Siyasət rubrikasından digər xəbərlər