Ölmüş arvadının cəsədi ilə bir ay eyni evdə yaşadı

12:37 31.01.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Sankt-Peterburqun Frunzenski rayonundakı mənzillərin birində 61 yaşlı qadın və onun 62 yaşlı ərinin cəsədləri tapılıb, zorakılıqla ölüm izləri aşkar edilməyib. Bu barədə “Nevski Nyus” məlumat yayıb.

Dimitrova küçəsindəki mənzildə yaşlı ər və arvadın meyiti tapılıb. Qadın divanda, əri isə onun yanında yerdə uzanmışdı. Məhkəmə-tibb ekspertlərinin müəyyən etdiyi kimi, təqaüdçülər müxtəlif vaxtlarda, qadın dekabrın ortalarında vəfat edib, kişi bir ay mərhum həyat yoldaşı ilə mənzildə yaşayıb.

Həlak olanların yaxınlarının sözlərinə görə, təqaüdçülər birlikdə yaşayıb, antisosial həyat tərzi keçirib, tez-tez spirtli içkilərdən sui-istifadə ediblər. Cütlüyün ölümünün dəqiq səbəblərini araşdırmalar müəyyən edəcək.

Oxunma sayı 108