Oman və ABŞ birgə hərbi təlimə başladı

09:30 17.05.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Oman və ABŞ Hərbi Hava qüvvələrinin ortaq hərbi təlimlərinə start verilib. 

hafta.az-ın yazdığına görə, bu barədə məlumatı Omanın rəsmi xəbər agentliyi olan ONA yayıb. Məlumatda deyilir ki, təlimlərə Oman Hərbi hava Qüvvələrinin komandanı, general Hamis bin Hammad əl-Gafri və ABŞ Hərbi Hava Qüvvələrinin generalı Qreqori M.Guillot rəhbərlik edir. 

Təlimlərin açılışında ABŞ-ın Masqatdakı səfiri Leslie M.Tsou, eləcə də hər iki ölkədən fərqli vəzifələrdə qonaqlar qatılıb. Prosesin may ayının 17-dək davam edəcəyi deyilir. 

Oxunma sayı 244