Ordumuzun mövqeləri yenidən atəşə tutuldu

14:06 09.04.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ordumuzun mövqeləri yenidən atəşə tutulub.

Hafta.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu gün saat 10:40 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.

Oxunma sayı 109