Cordan Pile, "Slumdog Millionaire" filmi ilə məşhur olan Dev Patelin prodüserliyini, ssenarisini və rejissorluğunu etdiyi, hərəkətlərlə dolu yeni “Monkey Man” filminin treylerini paylaşıb.
Hafta.az-ın yazdığına görə, “Con Uik”i xatırladan ürpertici döyüş səhnələri ilə dolu olan treyler Hindistanın bir metropolunda qisas almağa qərarlı döyüşçünün hekayəsindən bəhs edir.
2017-ci ildə “Lion” filmindəki performansına görə Oskar mükafatına namizəd olan 33 yaşlı Patel anasının intiqamını almaq üçün şəhər elitasına sızmağa çalışan kəndli yoxsul Kid obrazını canlandırır.
Treyleri hinduların müqəddəs kitablarından olan şəkillərlə bəzədilmiş filmdə əsas diqqət hindu mifologiyasının meymun üzlü tanrısı Hanuman haqqındadır.
Treylerin əvvəlində Kidin travmatik uşaqlığına dair ipuçları görünür; silahlı şəxslər onun kəndinə basqın edir və anası qışqırarkən kəndi yandırıblar.
Uşağın səsli rəvayəti hərəkət üçün zəmin yaratsa da, ekranda qısa müddət ərzində Hanumanı təsvir edən bir şəkil görünür.
Müəmmalı açılış kadrlarında britaniyalı aktyorun "Uşaq olanda anam mənə cin-padşah və onun ordusu haqqında hekayə danışırdı" dediyi eşidilir.
"Con Uik Mumbayda" kimi təsvir edilən mifoloji hekayəni izah edən “Monkey Man” əvvəlcə Netflix layihəsi idi, ancaq “Get Out” filmi ilə Oskar qazanan Cordan Pilenin prodüser şirkəti Monkeypaw Productions tərəfindən satın alındı.
Pilenin “Monkey Man”ın hüquqlarını onun buraxılma şansı qazanması üçün aldığı və filmi "Universal Pictures" ilə əməkdaşlıq şəraitində nümayiş etdirəcəyi bildirilir.
Filmin aprelin 5-də ABŞ və İngiltərədə nümayişi planlaşdırılır.
“Monkey Man” 6 il əvvəl Armay Hammerin baş rolda olduğu "Home Shopper" qısametrajlı filmini çəkən Dev Patelin uzunmetrajlı rejissor debütüdür.
Aksiya və triller filmində Pateldən başqa, Şarlto Kopli, Pitobaş, Sobhita Dhulipala və Sikandar Xer də çəkilib.