Ötən sutka 16 yanğın olub, 2 nəfər xilas edilib

12:49 11.12.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

FHN-dən hafta.az-a verilən məlumata görə. “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 16 yanğına çıxış, 1 köməksiz vəziyyətdə qalma, 1 avtonəqliyyat qəzası və 1 intihara cəhd faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 2 nəfər, o cümlədən Şirvan şəhərində ikimərtəbəli binanın damına çıxaraq intihar etmək istəyən 1 nəfər xilas edilib. Həmçinin, Hacıqabul rayonu ərazisində “KamAZ" və “Mercedes” markalı iki yük avtomobilinin toqquşması nəticəsində deformasiyaya uğrayan “KamAZ” markalı yük avtomobilindən 1 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verlib.