Öz maşınında ölü tapıldı

14:32 26.01.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin Antikorrupsiya Agentliyinin əməkdaşının cəsədi maşınında tapılıb.

Hafta.az xəbər verir ki, bu barədə "Sputnik Gürcüstan" "Telegram" kanalına istinadən xəbər yayıb. Məlumata görə, əməkdaşın üzərində güllə yarası olan cəsədi qurumun binasının yaxınlığındakı avtomobildə aşkarlanıb.

Prokurorluq bildirib ki, orada yan oturacaqda tapança və məktub da tapılıb.