Özbəkistan Qarovul Qoşunlarının komandanı həbs olundu

10:41 25.11.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Özbəkistan Daxili İşlər Nazirliyi Qarovul Qoşunlarının komandanı, general-mayor Dmitri Pan və istintaq təcridxanasının altı əməkdaşı vəzifəsindən azad edilərək həbs olunub.

Hafta.az Özbəkistan Prokurorluğunun mətbuat xidmətinə istinadla xəbər verir ki, Dmitri Pan vəzifədən sui-istifadə maddəsi ilə istintaqa cəlb edilib.

Dmitri Panın və digər saxlanılanların işini Daşkənd şəhərinin hərbi prokurorluğu aparır.

Daxili işlər nazirinin müavini Muxiddin Curayev də işdə verdiyi nöqsanlara görə vəzifəsindən azad edilib.