Özbəkistanda məmurlara bahalı hədiyyələr qəbul etmək qadağan edildi

16:51 13.03.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Özbəkistanın Ədliyyə Nazirliyi vəzifəli şəxslər üçün hədiyyələrin dəyəri haqqında Əsasnaməni qeydiyyata alıb, ona əsasən, məmurların Özbəkistanda müntəzəm ezamiyyətləri zamanı və ya əhalidən hədiyyə alması qadağandır. Bu barədə Özbəkistan mətbuatı Özbəkistanın Ədliyyə Nazirliyinə istinadən yazır.

Qaydalara görə, dövlət qulluqçusu hədiyyələri yalnız ezamiyyətdə, beynəlxalq və ya digər rəsmi tədbirlərdə ala bilər. Özbəkistanın dövlət qulluqçusunun aldığı hədiyyənin dəyəri 105 dollardan çox olmamalıdır.

Hədiyyəni aldıqdan sonra üç iş günü ərzində dövlət qulluqçusu onu təsərrüfat şöbəsinə təhvil verməlidir və orada akt tərtib etməlidir. Əşyanın dəyəri $105-dən çox deyilsə, o zaman alıcıya qaytarılacaq. Daha bahalı hədiyyə balansa götürüləcək və dövlət qurumunun ehtiyaclarına sərf olunacaq.