Pakistan prezidenti koronavirusa yoluxub

20:01 29.03.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Pakistan prezidenti Arif Alvi yeni növ koronavirusa (COVID-19) yoluxub.

Bu barədə Pakistan prezidenti "Twitter"də məlumat verib.
 
"COVID-19 testimin nəticəsi müsbətdir. Birinci peyvənd dozası olub, ancaq antikorlar bir həftə içində edilməli olan ikinci dozadan sonra inkişaf etməyə başlayır. Xahiş edirəm, diqqətli olun", Pakistan prezidenti qeyd edib.