Panama sahillərində zəlzələ

23:21 14.07.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Panama sahillərində 6,2 maqnitudalı zəlzələ qeydə alınıb.

Hafta.az-ın məlumatına görə, bu barədə ABŞ Geoloji Araşdırma Mərkəzi məlumat yayıb.

Yeraltı təkanlar Burica bölgəsindən təxminən 206 kilometr məsafədə, 10 kilometr dərinlikdə baş verib.

İlkin məlumatlara əsasən, zəlzələ nəticəsində can və ya mal itkisi qeydə alınmayıb. Həmçinin, sunami təhlükəsi barədə xəbərdarlıq verilməyib.