Yazını böyüt
Yazını kiçilt
Artıq Azərbaycan-Ermənistan sərhəddində Rusiya sülhməramlılarının yerləşdirilməsi ilə bağlı yaxın zamanlarda İrəvanla Moskva arasında razılıq əldə olunacaq. Bu faktı Ermənistanın baş qərargah rəisi Artak Davtyan da təsdiqləyib.
Hafta.az Ermənistanın "Qraparak" nəşrinə istinadən xəbər verir ki, artıq məsələ ilə bağlı Azərbaycan tərəfi də razılığını verib. Qəzetin yazdığına görə, razılaşmaya əsasən ancaq erməni tərəfi silahlı qüvvələrini sərhəddən geri çəkəcək. "Hətta belə məlumat da əldə etmişik ki, Paşinyan sentyabrda faktiki olaraq Azərbaycanın ərazi öütövlüyünü tanıyan sənədə qol çəkəcək" - deyə nəşr yazır.