Paşinyan Azərbaycanla yüksək səviyyədə danışıqlara hazır olduğunu bildirdi

12:44 12.08.2021 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Ermənistan baş naziri Nikol Paşinyan ölkəsinin Azərbaycanla yüksək səviyyədə danışıqları bərpa etməyə hazır olduğunu bəyan edib. Hafta.az xəbər verir ki, o, bunun üçün ATƏT-in Minsk qrupundan konkret təkliflər gözlədiyini bildirib. 

"Konkret təkliflər gözləyirik", - Ermənistan baş naziri vurğulayıb. 

"Yerevan regional kommunikasiya xətlərinin açılması üçün Rusiya, Ermənistan və Azərbaycan baş nazir müavinlərindən ibarət üçtərəfli komissiyanın da fəaliyyətini bərpasına hazırdır", - Paşinyan əlavə edib.