Paşinyan bunu da ETDİ

11:43 03.12.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Öz reytinqini yüksəltmək üçün Ermənistanın baş naziri Nikol Paşinyanın şousu SMS vasitəsilə qalmaqallı işdən çıxarılması ilə məhdudlaşmayacaq.

Bu barədə “Hraparak” qəzeti mövzunu inkişaf etdirərək yazır. “Dünən Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı dəstələri şəhərin müxtəlif küçələrində “oğru”ları asfalt üstünə basdıraraq həbs edib. Bundan başqa, büdcə hesabına ən çox səyahət edən Paşinyan ona biznes-klassda uçan məmurların və onların ailə üzvlərinin siyahısını təqdim etməyi tapşırıb. Məlumat toplandıqdan sonra yeni şou gözlənilir: Paşinyan “az maaşla” bir neçə milyonluq səfərlər edə bilənləri biabır edəcək”, nəşr qeyd edir.