“Son günlər hakim dairələrdə belə deyilir ki, Paşinyan Rusiyanın Azərbaycandan çox tələb etdiyi dəhlizin verilməsindən imtina edə bilməz”.
Hafta.az xəbər verir ki, bunu “Hraparak” nəşri yazır. Söhbət Zəngəzur dəhlizindən gedir.
“Ermənistan, Azərbaycan və Rusiya baş nazirlərinin müavinlərinin Moskvada keçiriləcək görüşündən əvvəl Rusiya Federasiyası baş nazirinin müavini Aleksey Overçuk bildirib ki, Azərbaycan və Ermənistan arasında sərhəd-keçid modeli ilə bağlı texniki detallar müzakirə olunacaq. Overçukun sözlərinə görə, Ermənistan Naxçıvan, Sünik(Zəngəzur-S.L.), Azərbaycan vasitəsilə Rusiya, Aİ, İrana çıxmaq imkanı əldə edəcək:
Sərhəddə pasport, gömrük və beynəlxalq sərhədlərdə mövcud olan bütün nəzarət növləri olacaq”.
Əliyevin tələb etdiyi dəhliz məhz budur, sadəcə olaraq "yol" adlanacaq. Son günlər hakim dairələrdə belə deyilir ki, Paşinyan Rusiyanın Azərbaycandan çox tələb etdiyi dəhlizin verilməsindən imtina edə bilməz. Amma ola bilsin ki, Paşinyan yolu qısa müddətə - cəmi 3 və ya 5 illiyə təmin etsin”-erməni nəşri belə yazır.