Son günlərdə paytaxda karantin rejimi olmasına baxmayaraq sıxlıq müşahidə olunur. Bu sıxlıq özünü daha çox marşrut xətlərində göstərir. Bir neçə ərazidə mövcud durumla bağlı müşahidələr apardıq.
“Neftçilər” metrostansiyasındakı dayancaqda 7a saylı marşurut avtobusu sərnişinlərlə dolu halda dayandı. Əksər sərnişinlər qoruyucu məskalardan istifadə etmirdilər.COVİD-19 kimi qorxulu xəstəlik olduğunu hiss etmirdilər. Elə bil ölkədə və dünyada baş verən bu ölüm kabusunndan xəbərsiz idilər.
Reyhan adlı orta yaşlı bir qadın dedi ki, maskadan istifadə edir: ”Hətta əlimə rezin əlcək də taxmışam. Amma yarım saatdan çoxdur ki, avtobus gözləyirdim. Sərnişinlərin əksəriyətində maska yoxdur. Kim deyə bilər ki, sərnişinlərin içində xəstə adam yoxdur. Belə də karantin rejimi olar? Yolda polislıər sərnişin avtobuslarını yoxlamırlar. Yaxşı olardı ki, Bakı Nəqliyyat Agentliyi marşurutlara nəzarəti gücləndirəydi. Ölkəmizin başçısı xalqımız üçün əlindən gələni edir. Amma avtobus sürücüləri və eləcə də sakinlər bu rejimə əməl etmirlər”.
Qara Qarayev metrostansiyasının yanında fəaliyyət göstərən Kapital Bankın qarşısı da insanlarla dolu idi, ara məsafə gözləmirdilər. Əksəriyyətində də maska yox idi.
Metronun 20 yanvar stansiyasında da olduq. Orada işləyən fəhlələrin əksəriyyəti maskadan istifadə etmirdilər, yəni karantin rejiminə əməl olunmurdu.