Paytaxt sakinində altı kiloqramdan çox heroin aşkarlanıb

17:48 04.01.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyatları uğurla davam etdirirlər.

DİN-in mətbuat xidmətindən hafta.az-a bildiriblər ki, idarə əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Səbail rayonunun ərazisində Bakı şəhər sakini P.Quliyevdən 6 kiloqram 24 qram heroin aşkarlanaraq götürülüb.