Yazını böyüt
Yazını kiçilt
Bakı ŞBPİ və Nəsimi RPİ 19-cu PŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt sakini Y.Əzizovun 800 manat pulunu soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - Bakı şəhər sakini K.Pirquliyev və Saatlı rayon sakini Q.Əliyev saxlanılıblar.
Hafta.az Daxili İşlər Nazirliyinə istinadən bildirir ki, ətraflarında aparılmış tədbirlərlə onların Xaçmaz rayon sakini, əvvəllər məhkum olunmuş Q.Abdalov və Şamaxı rayon sakini V.Qədirovla birgə E.Niftullayevi döyüb quldurluq yolu ilə 100 manat pulunu və mobil telefonunu almaları da müəyyən edilmişdir.
Əməliyyat tədbirləri ilə Q.Abdalov və V.Qədirov da polis əməkdaşları tərəfindən saxlanılmışlar.