Paytaxtda 16 yaşlı oğlan bıçaqlandı

11:20 09.01.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakının Nəsimi rayonu ərazisində 16 yaşlı oğlan bıçaqlanıb.

Hafta.az xəbər verir ki, hadisə metronun "28 May" stansiyasının yaxınlığında baş verib.

2004-cü il təvəllüdlü Məstənzadə İlkin Sabit oğlu tanımadığı şəxslə mübahisə zamanı bıçaqlanıb. Yaralı qarnın ön divarının kəsilmiş deşilmiş xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsində araşdırma aparılır.