Yazını böyüt
Yazını kiçilt
Bakıda zəncirvari yol qəzası olub.
Hafta.az xəbər verir ki, hadisə paytaxtın Qaradağ rayonu ərazisində, Bakı Dairəvi Yolunun Lökbatandan keçən hissəsində qeydə alınıb. İlkin məlumata görə, qəza nəticəsində 15-20 avtomobil toqquşub.
Hadisə yerinə YPX əməkdaşları cəlb olunub. Qəza nəticəsində bir nəfərin həlak olduğu bildirilir.