Paytaxtda mənzildən kişi meyiti tapıldı

22:18 15.07.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hafta.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1964-cü il təvəllüdlü Nağıyev Nizami Əli oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.