Yazını böyüt
Yazını kiçilt
Pentaqon bütün gücü ilə Çini hərbi səviyyədə danışıqlara qaytarmağa çalışır, lakin Pekin bu cəhdləri rədd edir. Bu barədə Bloomberg amerikalı hərbi mənbəyə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, Pekin ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin avqustda Tayvana səfərindən sonra Vaşinqtonla hərbi, iqlim və digər məsələlərlə bağlı danışıqları dayandırıb. Bununla belə, hər iki tərəf noyabrın sonunda danışıqlar aparıb.
“Lakin o vaxtdan bəri Pekin potensial böhranın qarşısını almaq üçün vacib olan müdafiə məsələləri üzrə müntəzəm təmaslar qurmaq cəhdlərini rədd edib”, - mənbə bildirib.