Peyvəndə görə insanlar iş yerləri ilə TƏHDİD EDİLMƏMƏLİDİR - ÇAĞIRIŞ

19:55 24.08.2021 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Koronavirusa yalnız peyvəndləmə ilə qalib gəlmək mümkündür. Lakin bu məsələdə insanlara təzyiq göstərilməsi yolverilməzdir.

Hafta.az xəbər verir ki, bu bəyanatla Rusiya prezidenti Vladimir Putin çıxış edib.

Onun sözlərinə görə, koronavirusa qarşı əsas silahın peyvənd olmasına dair yeni bir şey söyləmək mümkün deyil.

"Bununla belə, insanlara sonradan iş yerlərini itirmək hesabına başa gələcək təzyiqlərin göstərilməsi yolverilməzdir" - o deyib.