Yazını böyüt
Yazını kiçilt
Sumqayıtda piyadanın vurulması ilə nəticələnən yol qəzası olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, aprelin 12-də saat 15 radələrində Sumqayıt şəhəri 42-ci məhəllənin ərazisində şəhər sakini M.Əliyevin idarə etdiyi “VAZ-21099” markalı avtomaşınla yolu keçən Abşeron rayon sakini F.Məmmədovanı vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.
Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.