Poçtlarda pul köçürmə xidməti olmayacaq - FOTO

11:41 29.04.2020 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

Bu gün səhər saatlarından başlayaraq poçtlarda ölkə daxilinə və xaricinə pul köçürmə xidmətləri olmayacaq.

Hafta.az-ın əməkdaşının verdiyi xəbərə görə, artıq bununla bağlı paytaxtda fəaliyyət göstərən poçtların qarşısına bildiriş də vurulub.

Xidmətin hansı səbəblə nə vaxta kimi fəaliyyətsiz qalacağı haqda poçt əməkdaşları bilgi vermədilər. Buna baxmayaraq, digər istiqamətlər üzrə poçtların fəaliyyətində heç bir məhdudiyyət yoxdur.