Polis 58 nəfəri saxladı

11:48 30.11.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Noyabrın  29-da ölkə ərazisində qeydə alınan 60, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.   

 

Daxili İşlər Nazirliyindən (DİN) hafta.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 66, o cümlədən borclu şəxs qismində axtarışda olan 37 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

 

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb. 

  

Narkotiklərlə əlaqəli 30, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib.

 

Cinayət törətməkdə şübhəli bilinən 58 nəfər saxlanılıb.

Oxunma sayı 1018