Polis rəisinin intiharı ilə bağlı cinayət işi açılıb

12:46 10.07.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İyulun 9-da Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin rəisi, Rahib Mirzəyevin özünü xidməti silahı ilə ürək nahiyəsindən 1 dəfə atəş açmaqla öldürməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü intihar həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, cinayət işi üzrə istintaq Baş Prokurorluğun İstintaq İdarəsində aparılır.


Hazırda iş üzrə istintaq davam edir.