Polis “xınayaxdı” keçirənləri cərimələdi

17:37 16.02.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Salyan polisi tərəfindən şəhər ərazisində xidmət aparılan zaman “Tomris” kafesində sanitar-karantin rejiminin tələblərini pozaraq çoxsaylı qonaqların iştirakı ilə gizli şəkildə “xınayaxdı” mərasimi təşkil edildiyi müəyyən edilib. 

 

DİN-dən hafta.az-a verilən məlumata görə, polislər tərəfindən məclisin keçirilməsinin qarşısı alınıb.

 

Məclisin təşkilatçısı və iştirakçılar barəsində inzibati qaydada protokollar tərtib olunaraq hər biri 200 manat cərimə ediliblər.