Yazını böyüt
Yazını kiçilt
Polşa xarici işlər nazirinin müavini Pavel Yablonski bildirib ki, Kiyev həm müdafiə, həm də hücum silahları ilə təchiz edilməlidir.
O, belə bir bəyanatla Polşa televiziyasının efirində çıxış edib.
“Ukraynaya tədarük etdiyimiz istənilən silah müdafiə silahıdır”, - Polşa XİN rəhbərinin müavini deyib.
O, həmçinin qeyd edib ki, indi Kiyevə verilən silahları müdafiə və ya hücum xarakterli silahlara bölməyin mənası yoxdur. Yablonskinin sözlərinə görə, hazırda Ukraynaya silah tədarükündə “heç bir məhdudiyyət olmamalıdır”.