Polşa - Amerika Azadlıq Fondu və Dəyişiklik Liderləri Fondu 2022/2023 tədris ilində Lane Kirkland və 2022-ci ildə Kırkland Research təqaüdləri üçün açıq müsabiqə elan edir.
Hafta.az-ın yazdığına görə, proqram Polşanın 5 akademik mərkəzindən (Varşava, Krakov, Vroslav, Poznan, Lublin) birində 2 semestr təhsili, dövlət, özəl və qeyri-hökumət təşkilatlarında ən azı iki həftəlik peşəkar təcrübə və geniş təlim, eləcə də seminar proqramı təklif edir.
Proqram öz ölkələrində və regionda demokratiyanın, bazar iqtisadiyyatının və vətəndaş cəmiyyətinin inkişafında maraqlı olan gənc liderlər və ali təhsilli ekspertlər üçün nəzərdə tutulub.
Proqramın bir hissəsi olaraq, 2022/23-cü tədris ilində Polşada bir semestrlik tədqiqat aparmaq üçün doktorluq dərəcəsi, eləcə də müəyyənləşdirilmiş elmi vəzifəli şəxslərə təqaüd təklif olunur.
Müraciətlər mart ayının 1-dək qəbul olunacaq.