Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanla telefonla danışıb

16:10 28.06.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İyunun 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon söhbəti olub.

Bu barədə hafta.az-a Prezidentin Mətbuat Xidmətindən məlumat verilib.

Dövlət başçıları bir-birini və xalqlarımızı müqəddəs Qurban bayramı münasibətilə təbrik etmiş və ən xoş arzularını çatdırmışlar.

Telefon söhbəti zamanı dostluq və qardaşlıq münasibətlərimizin bundan sonra da bütün sahələrdə uğurla inkişaf edəcəyinə əminlik ifadə olunmuş, müttəfiqlik əlaqələrimizin gələcək inkişafı ilə bağlı fikir mübadiləsi aparılmışdır.

Siyasət rubrikasından digər xəbərlər