Prezident Kəlbəcər sakinləri ilə görüşüb, onlara mənzillərin açarlarını təqdim edib

12:17 21.08.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Avqustun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər şəhərində 1-ci yaşayış kompleksinin ərazisində fərdi və çoxmərtəbəli evlərdə yaradılan şəraitlə tanış olub, buraya köçən sakinlərlə görüşüblər.

Hafta.az AZƏRTAC-a istinadən xəbər verir ki, sonra dövlətimizin başçısı sakinlərə mənzillərin açarlarını təqdim edib.