Prezident üçün heç bir təhlükə yoxdur - Müdafiə Nazirliyi

20:30 05.09.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Qvineyanın paytaxtı Konakri şəhərində Prezident Sarayı ətraafında silah səsləri eşidiləndən sonra ordunun küçəyə çıxarıldığı, hökumətin buraxıldığına dair xəbərlər yayılmışdı.

Hafta.az-ın yazdığına görə, dövlət televiziyası RTG-də əsgərlər tərfindən prezident Alfa Kondenin həbs edildiyini göstərən sujet belə yayımlanıb. Amma günün sonlarına yaxın bu uzaq Qərbi Afrika ölkəsinin müdafiə nazirliyi sözügedən xəbərləri təkzib edən açıqlama yayıb. 

Qeyd edək ki, dövlət televiziyasında canlı yayıma çıxan fransalı legioner, polkovnik Mamadi Doumbouya hökumətin buraxıldığını və prezidentin nəzarətə götürüldüyünə dair xəbər yaymışdı. Hətta atışmalarda iki mülkü sakinin yaralandığı, ən qısa vaxtda yeni konstitusiya hazırlanacağı və keçid hökumətinin qurulacağı da deyilmişdi. 

Müdafiə Nazirliyinin açıqlamasında isə deyilir ki, üsyançı qüvvələr Prezident Sarayı istiqamətində hücum hazırlamışdılar. "Amma sadiq və respublikaçı təhlükəsizlik qüvvələri tərəfindən dəstəklənən Prezidentin mühafizə dəstələri təhlükəni aradan qaldırıb və silahlı dəstələr itki verərək geri çəkilib. Təhlükəsizliyi tam təmin etmək üçün təmizləmə əməliyyatları davam edir", - açıqlamada deyilir.