Prezidentdən Cəmil Əliyevlə bağlı sərəncam

16:12 29.03.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Cəmil Əziz oğlu Əliyev “İstiqlal” ordeni ilə təltif edilib.

Hafta.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında tibb elminin və səhiyyənin inkişafında xüsusi xidmətlərinə görə Cəmil Əziz oğlu Əliyev “İstiqlal” ordeni ilə təltif edilsin”, - sərəncamda qeyd olunub.